Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Tikinti haqqında
2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf etmişdir. Bütün maliyyə mənbələrindən əsas kapitala 7,9 milyard manat vəsait yönəldilmiş, onun 59,4 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 64,3 faizi məhsul istehsalı, 35,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil etmişdir.
2015-ci ilin birinci yarısında Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli, ümumi sahəsi 870,4 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4908 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və s. obyektlər istifadəyə verilmişdir.
Tel: 539 87 17