Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin birinci yarısında sənayenin işi haqqında
2015-ci ilin birinci yarısında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 13,3 milyard manatlıq məhsul istehsal olunaraq 3,8 faizlik artım qeydə alınmışdır. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini 14,1 faiz, neft-qaz sektorunda isə 0,7 faiz üstələmişdir.
Sənaye məhsulunun 63,3 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 20,9 milyon ton neft, 10,2 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,7 faizini təşkil etmiş qida, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya sənayesi məhsullarının, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Ümumi sənaye istehsalının 88,2 faizi malların (əmtəələrin), 11,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 77,0 faizi özəl bölmədə istehsal olunmuşdur.
Tel. 539-87-17