2015-ci ilin yanvar-iyun aylarında yaradılmış statistik vahidlər haqqında

21.07.2015

2015-ci ilin yanvar-iyun aylarında ölkədə 3364 müəssisə yaradılmışdır.
Yeni müəssisələrin 51,8 faizi Bakıda, 13,9 faizi Lənkəran, 12,2 faizi Aran, 6,6 faizi Abşeron, 6,3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Bundan əlavə, 2015-ci ilin yanvar-iyun aylarında ölkənin vergi orqanlarında 37468 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Tel: 538-81-97; 538-93-67