Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin iyul ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2015-ci ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7 faiz ucuzlaşmışdır.
Ay ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, portağalın, naringinin, bananın, almanın, armudun, albalının, gilasın, alçanın, gavalının, əriyin, şaftalının, qozun, fındığın, üzümün, qarpızın, yemişin, göyərtinin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, kökün, kartofun, kələmin, xiyarın, pomidorun qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Əlaqə telefonu: 538-52-72