2015-ci ilin iyul ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

05.08.2015

2015-ci ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2 faiz, sərnişindaşıma tarifləri isə 1,5 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3 faiz, digər xarici ölkələr üzrə 4,8 faiz ucuzlaşmış, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,2 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalmışdır.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə sabit qalmışdır.
İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2 faiz ucuzlaşmış, qazın nəql olunma tarifi isə 0,1 faiz bahalaşmışdır. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72