Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin II rübündə tikinti işlərində qiymətlərin dəyişməsi
2015-ci ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz bahalaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol və körpü tikintisində isə 0,5 faiz bahalaşma müşahidə edilmişdir.
Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,8 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşmışdır.
Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 1,0 faiz bahalaşmışdır.
Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 0,8 faiz, inzibati tikililər üzrə üzrə qiymətlərdə 0,6 faiz bahalaşma müşahidə olunmuşdur.
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmışdır.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,5 faiz, körpü tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşmışdır.
Əlaqə telefonu: 538-52-72