Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2015-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 138 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 88 ölkəyə əmtəə ixrac olunmuş, 123 ölkədən idxal olunmuşdur. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 25-i Amerika, 41-i Asiya ölkələri və digərləridir.
Altı ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 13891,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 9193,0 milyon dollar, idxalın həcmi 4698,6 milyon dollar təşkil etmiş, nəticədə 4494,4 milyon dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir.
Yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16,0 faiz artaraq 870,6 milyon dollar təşkil etmişdir.
Tel: 538-76-95