2015-ci ilin yanvar-iyun aylarında “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında

12.08.2015

Cari ilin yanvar-iyun aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 26,3 milyon ton yük, 161,1 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 56,3 faizi avtomobil, 30,7 faizi dəmir yolu, 13,0 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 5,7 faiz artım qeydə alınmışdır. Daşınmış yüklərin 19,4 faizini və ya 5,1 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 259,5 milyon manat, sərnişin daşınmasından isə 59,9 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 7,0 faiz və 14,4 faiz artmışdır.

Əlaqə telefonu: 538-90-12