Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri
2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat təşkil etmişdir.
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 74,1 faizi son istehlak xərclərinin, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 14,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlirlər 21,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5 faiz artmışdır.
Əlaqə telefonu: 538-90-98