Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Pərakəndə ticarət və ictimai iaşə haqqında
2015-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 14,0 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz çox əmtəə satılmışdır. Satılmış istehlak mallarının 49,7 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,3 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8 faiz bəndi artmışdır.
Cari ilin yeddi ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 7,2 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93,0 faizini hüquqi şəxslərin, 7,0 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən almışdır. Elektron ticarət dövriyyəsinin 96,6 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
2015-ci ilin yanvar-iyul aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 561,7 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 240,4 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 321,3 milyon manat təşkil etmişdir.
Tel: 538-76-95