2015-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

15.09.2015

2015-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 36,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 34,6 faizi sənayedə, 13,4 faizi tikintidə, 9,9 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 2,8 faizi yaşayışın təşkili və ictimai iaşə, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,0 faizi informasiya və rabitə, 17,2 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil etmişdir.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-avqust aylarında 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 29,1 faizi emal sektorunda, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,3 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 4,2 faiz artmış, neft hasilatı isə 2,5 faiz azalmışdır. Planlaşdırılmış profilaktik işlərlə əlaqədar “Şahdəniz” qaz yatağında təbii qazın hasilatının əvvəlki ayla müqayisədə 78,0 faiz azalması ölkə üzrə təbii qaz hasilatının artım sürətinə mənfi təsir etmişdir.
Emal sektorunda qida məhsullarının istehsalı 3,5 faiz, neft məhsullarının istehsalı 1,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 72,4 faiz, tikinti materiallarının istehsalı 13,7 faiz, metallurgiya məhsullarının istehsalı 6,0 faiz, hazır metal məhsullarının istehsalı 53,7 faiz, elektrik avadanlıqlarının istehsalı 29,4 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,8 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,3 faiz artmış, neft sektorunda isə 0,9 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 sentyabr 2015-ci il vəziyyətinə 286,6 milyon manatlıq hazır məhsul ehtiyatları olmuşdur.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Sentyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsinin 913,6 min hektarı biçilmiş və həmin sahələrdən 2781,4 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 13,2 min hektar dən üçün qarğıdalı sahəsindən 69,6 min ton məhsul götürülmüşdür.
Məhsul yığımı başlanandan sentyabr ayının 1-dək sahələrdən 685,0 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,1 min ton çox kartof, 1011,5 min ton (30,9 min ton çox) tərəvəz, 456,3 min ton (45,9 min ton çox) bostan məhsulları, 352,6 min ton (9,1 min ton çox) meyvə və giləmeyvə, 37,2 min ton (104,0 ton çox) üzüm, 379,4 ton (62,7 ton çox) yaşıl çay yarpağı, 2395,4 ton (543,0 ton çox) tütün yarpağı yığılmışdır.
Dən üçün günəbaxanın yığım sahəsinin əvvəlki illə müqayisədə 1,2 min hektar və ya 12,8 faiz azalması nəticəsində hesabat dövründə 15,0 min ton (11,6 faiz az) məhsul istehsal edilmişdir.
2015-ci ilin yanvar-avqust aylarında 298,1 min ton, yaxud əvvəlki ilin yanvar-avqust aylarına nisbətən 1,1 faiz çox diri çəkidə ət, 1302,3 min ton (4,3 faiz çox) süd, 1019,4 milyon ədəd (0,1 faiz cox) yumurta, 16,0 min ton (1,7 faiz çox) yun istehsal olunmuşdur.
Bu dövrdə bitkiçilik məhsulları istehsalının 12,3 faiz, heyvandarlıq məhsulları istehsalının 2,2 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,4 faiz təşkil etmişdir.
2015-ci ilin yanvar-avqust aylarında əsas kapitala 10550,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 6478,8 milyon manatı və ya 61,4 faizi məhsul istehsalı obyektlərinin, 3369,4 milyon manatı (31,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 701,9 milyon manatı (6,7 faizi) isə ümumi sahəsi 1169,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6076,5 milyon manatını və ya 57,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq 7874,2 milyon manat təşkil etmişdir.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-avqust aylarında 148,9 milyon ton yük və 1211,2 milyon sərnişin daşınmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,7 faiz, sərnişin daşınması isə 3,6 faiz artmışdır. Yüklərin 3,1 faizi dəniz, 7,8 faizi dəmir yolu, 61,5 faizi avtomobil, 27,6 faizi isə boru kəməri nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır. Hesabat dövründə nəqliyyat sektorunda 107,4 milyon ton qeyri-neft yükləri daşınmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.
Ötən səkkiz ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1077,0 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 72,6 faizi əhali sektoruna aid olmuşdur. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,8 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2015-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 15896,5 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 4424,4 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 11,3 faiz, pullu xidmətlərin həcmi isə 6,2 faiz artmış, ticarət şəbəkəsində 7929,8 milyon manatlıq ərzaq məhsulları, 7966,7 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 12777,9 milyon ABŞ dolları təşkil etmişdir. Əmtəə dövriyyəsinin 7472,5 milyon dollarını və ya 58,5 faizini ölkədən ixrac olunmuş məhsullar, 5305,4 milyon dollarını (41,5 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 2167,1 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,0 faiz, o cümlədən ixrac 2,7 faiz, idxal isə 7,7 faiz artmışdır. Əmtəə mübadiləsinin 11,3 faizi MDB üzvü ölkələri ilə, 48,5 faizi Avropa İttifaqı ölkələri ilə, 40,2 faizi isə digər dövlətlərlə aparılmışdır.
İdxal olunmuş məhsulların 22,0 faizi MDB üzvü ölkələrinin, 29,3 faizi Avropa İttifaqı ölkələrinin, 48,7 faizi isə digər dövlətlərin payına düşmüşdür.
İxrac edilmiş məhsulların 3,8 faizi MDB üzvü ölkələrinə, 62,2 faizi Avropa İttifaqı ölkələrinə, 34,0 faizi isə digər dövlətlərə göndərilmişdir.
Yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 11,4 faiz üstələyərək 973,4 milyon dollar təşkil etmişdir.
İyul ayı ilə müqayisədə avqust ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri 0,1 faiz ucuzlaşmış, qeyri-ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,2 faiz artmışdır.
Yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 458,9 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirləri 5,9 faiz artaraq 26,7 milyard manata çatmışdır. Gəlirlərin 75,0 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,7 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 9,4 milyard manat vəsait daxil olmuş, büdcədən 10,0 milyard manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 595,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,9 faizi səviyyəsində olmuşdur. Büdcə xərclərinin 4,4 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 1,2 milyard manatı təhsil və səhiyyə, 1,1 milyard manatı sosial müdafiə və sosial təminat sahələrinin, 3,3 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il avqust ayının 1-nə kimi ölkənin bankları, bank olmayan kredit təşkilatları və kredit ittifaqları hüquqi və fiziki şəxslərə 20,2 milyard manat ekvivalenti məbləğində kredit ayırmışlar, onun 78,1 faizi və ya 15,77 milyard manatı uzunmüddətli kreditlər olmuşdur. Verilmiş kreditlərin həcmi 2014-cü il avqust ayının 1-i ilə müqayisədə 18,5 faiz artmışdır. Kreditlərin 6,4 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin manat ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 2015-ci il avqust ayının 1-nə 7,6 milyard manat təşkil etmişdir.
Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,05 manata (ilin əvvəlindən 0,99 manata), 1 Avroya-1,17 manata (1,10), 100 Rusiya rubluna-1,61 manata (1,72) bərabər olmuşdur.
İlin əvvəlindən əhalinin sayı 61,9 min nəfər və ya 0,6 faiz artaraq 2015-ci il avqust ayının 1-i vəziyyətinə 9654,9 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2015-ci ilin yanvar-avqust ayları, milyon manat 2015-ci ilin yanvar-avqust ayları 2014-сü ilin yanvar-avqust aylarına nisbətən, faizlə Məlumat üçün:
2014-cü ilin yanvar-avqust ayları 2013-сü ilin yanvar-avqust aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 36 027,6 104,2 102,4
o cümlədən qeyri-neft ümumi daxili məhsulu 24 628,4 107,3 106,3
Sənaye məhsulu 17 618,5 102,3 98,8
o cümlədən qeyri-neft sənayesi 4 965,2 111,3 105,4
Əsas kapitala yönəldilmiş vəsaitlər 10 550,1 101,7 100,5
o cümlədən tikinti-quraşdırma işlərinə 7 874,2 108,4 111,1
Kənd təsərrüfatı məhsulu 4 131,4 107,4 96,3
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 148,9 100,7 102,0
o cümlədən qeyri-neft yüklərinin daşınması 107,4 102,5 103,2
İnformasiya və rabitə xidmətləri 1 077,0 110,8 110,5
Pərakəndə ticarət dövriyyəsi 15 896,5 111,3 109,3
Əhaliyə göstərilən pullu xidmətlər 4 424,4 106,2 106,3
Dövlət büdcəsinin gəlirləri 9 377,2 x) 84,6 xx) 97,5 xxx)
Dövlət büdcəsinin xərcləri 9 972,9 x) 96,7 xx) 100,9 xxx)
Dövlət büdcəsinin kəsiri 595,7 - -
Əhalinin gəlirləri 26 674,7 105,9 105,1
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 2 805,4 104,6 103,8
Orta aylıq əmək haqqı, manat 458,9 x) 104,1 xx) 106,1 xxx)
İstehlak qiymətlərinin indeksi x 103,8 101,4
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 15 953,3 x) 102,0 3) x
o cümlədən:
ixrac 10 647,9 x) 100,6 3) x
idxal 5 305,4 x) 107,7 3) 78,6 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 12 777,9 x) 104,0 3) 89,3 4)
o cümlədən:
ixrac 7 472,5 x) 102,7 3) 94,1 4)
ondan qeyri-neft məhsulu ixracı 973,4 x) 111,4 3) 96,7 4)
idxal 5 305,4 x) 107,7 3) 78,6 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2015-ci ilin yanvar-iyul ayları 2014-cü ilin yanvar-iyul aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2014-cü ilin yanvar-iyul ayları 2013-cü ilin yanvar-iyul aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2015-ci ilin yanvar-iyul ayları;
xx) 2015-ci ilin yanvar-iyul ayları 2014-cü ilin yanvar-iyul aylarına nisbətən;
xxx) 2014-cü ilin yanvar-iyul ayları 2013-cü ilin yanvar-iyul aylarına nisbətən.