Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin sentyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2015-ci ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməmişdir. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşmışdır.
Ay ərzində düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkər və şəkər tozunun, mal və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, limonun, bananın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, kökün, kartofun, baş soğanın, sarımsağın, mineral sular və sərinləşdirici içkilərin, spirtli içkilərin qiymətlərində bahalaşma, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, balqabağın, şirin bibərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Sentyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, inşaat materiallarının, dərmanların qiymətlərində ucuzlaşma, geyimin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının, mebel və ev əşyalarının, dəftərxana ləvazimatlarının qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Əlaqə telefonu: 538-52-72