Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-sentyabr aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-sentyabr aylarında 19,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 62,6 faizi mədənçıxarma sektorunda, 29,4 faizi emal sektorunda, 7,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,4 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 4,0 faiz artmış, neft hasilatı isə 2,1 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 74,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 37,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 97,2 faiz, poliqrafiya məhsullarının istehsalı 76,3 faiz, tikinti materiallarının istehsalı 12,2 faiz, metallurgiya məhsullarının istehsalı 5,1 faiz, hazır metal məhsullarının istehsalı 62,0 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 71,9 faiz, elektrik avadanlıqlarının istehsalı 20,8 faiz, mebel istehsalı 5,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 2,8 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,2 faiz artmış, neft sektorunda isə 0,7 faiz azalmışdır.
Tel. 539-87-17