Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında
2015-ci ilin sentyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 1,9 faiz bahalaşmışdır.
Ay ərzində dəniz nəqliyyatında yükdaşıma qiymətləri 0,2 faiz ucuzlaşmış, hava nəqliyyatında 8,7 faiz, boru kəməri nəqliyyatında neftin nəql olunması qiyməti 0,9 faiz bahalaşmış, qazın nəql olunması qiyməti isə sabit qalmışdır.
Dəmir yolu və avtomobil nəqliyyatında isə yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmamışdır.
Əlaqə telefonu: 538-52-72