Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin oktyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməmişdir. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkərin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, portağalın, bananın, xiyarın, pomidorun, badımcanın, şirin bibərin, soğanın, sarımsağın, kartofun qiymətlərində bahalaşma, qoyun ətinin, limonun, naringinin, almanın, armudun, üzümün, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, balqabağın, göy lobyanın, çuğundurun, kökün qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Oktyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Əlaqə telefonu: 538-52-72