Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin oktyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2015-ci ilin oktyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,9 faiz bahalaşmışdır. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşmışdır.
Birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin istehsalçı qiymətləri bahalaşmış, göy lobyanın istehsalçı qiyməti ucuzlaşmışdır. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində çoxillik bitkilərdən heyvanın, narın, üzümün, armudun, qozun, almanın istehsalçı qiymətləri ucuzlaşmış, digərlərinin isə qiymətləri sabit qalmışdır.
Heyvandarlıq məhsullarından yumurtanın, ev quşlarının, südün istehsalçı qiymətləri bahalaşmış, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Tel: 538-52-72