Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında
2015-ci ilin oktyabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 8,5 faiz ucuzlaşmış, qazın nəql olunması qiyməti isə 0,1 faiz bahalaşmışdır. Dəmir yolu nəqliyyatı üzrə yükdaşıma qiymətləri 0,1 faiz bahalaşmış, dəniz, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmamışdır.
Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz ucuzlaşmışdır.
Əlaqə telefonu: 538-52-72