Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin III rübündə tikintidə istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2015-ci ilin III rübündə yerüstü tikililər üzrə qiymətlər 0,1 faiz, yol tikintisi üzrə qiymətlər 0,3 faiz bahalaşmış, körpü tikintisi üzrə qiymətlər isə sabit qalmışdır. Ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz bahalaşmışdır.
Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, o cümlədən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə 0,2 faiz, 6 və daha çox mərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,1 faiz, o cümlədən inzibati tikililər üzrə 0,3 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,1 faiz bahalaşmış, sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,4 faiz ucuzlaşmışdır.
Əlaqə telefonu: 538-52-72