Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri haqqında
Cari ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz artaraq 33,5 milyard manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 76,3 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 11,5 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,4 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalmışdır.
əlaqə nömrəsi: 538 74 50