2015-ci ilin noyabr ayında nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında

14.12.2015

2015-ci ilin noyabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 0,2 faiz ucuzlaşmış, qazın nəql olunması qiyməti isə 0,1 faiz bahalaşmışdır. Dəmir yolu və dəniz nəqliyyatı üzrə yükdaşıma qiymətləri müvafiq olaraq 0,1 faiz və 1,4 faiz bahalaşmış, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşıma qiymətlərində isə dəyişiklik müşahidə olunmamışdır. Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə sabit qalmışdır.

Əlaqə telefonu: 538-52-72