2015-ci ilin noyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

14.12.2015

2015-ci ilin noyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz bahalaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində dəyişikliklər müşahidə olunmamışdır. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşmışdır.
Birillik bitkilərdən xiyarın, pomidorun, quru otun, soğanın, kartofun, ağ turpun, sarımsağın istehsalçı qiymətləri bahalaşmış, kələmin, balqabağın, yerkökünün istehsalçı qiymətləri ucuzlaşmışdır. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində çoxillik bitkilərdən əzgilin, xurmanın, heyvanın, narın istehsalçı qiymətləri ucuzlaşmış, fındığın və qozun istehsalçı qiymətləri bahalaşmış, digərlərinin isə qiymətləri sabit qalmışdır.

Əlaqə telefonu: 538-52-72