Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2015-ci ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 50,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 18,7 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1,9 faiz artaraq 5255,5 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-noyabr aylarında 24,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 29,5 faizi emal sektorunda, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 2,8 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,3 faiz artmış, neft hasilatı isə 0,4 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,9 faiz, kağız və karton istehsalı 15,8 faiz, poliqrafiya məhsullarının istehsalı 79,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 48,0 faiz, tikinti materiallarının istehsalı 4,6 faiz, hazır metal məhsullarının istehsalı 58,6 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 6,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,5 faiz, mebel istehsalı 9,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artmış, toxuculuq məhsullarının istehsalı 60,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7 faiz, geyim istehsalı 40,8 faiz, içkilərin istehsalı isə 10,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,0 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,5 faiz, neft sektorunda isə 0,6 faiz artmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2015-ci il vəziyyətinə 333,1 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Məhsul yığımı başlanandan dekabr ayının 1-dək payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsi biçilmiş və həmin sahələrdən 2785,5 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 35,3 min hektar dən üçün qarğıdalı sahəsindən 211,3 min ton məhsul yığılmışdır.
Məhsul yığımı başlanandan dekabr ayının 1-dək sahələrdən 831,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 min ton çox kartof, 1256,7 min ton (75,1 min ton çox) tərəvəz, 484,5 min ton (43,6 min ton çox) bostan məhsulları, 880,6 min ton (36,0 min ton çox) meyvə və giləmeyvə, 152,8 min ton (5,2 min ton çox) üzüm, 575,9 ton (116,7 ton çox) yaşıl çay yarpağı, 168,9 min ton (2,5 min ton çox) şəkər çuğunduru, 3466,1 ton (609,0 ton çox) tütün yarpağı yığılmışdır.
Pambıq tədarükü əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz, günəbaxan yığımı isə 7,0 faiz azalaraq müvafiq olaraq 34,3 və 18,8 min ton təşkil etmişdir.
2015-ci ilin yanvar-noyabr aylarında 428,7 min ton, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çox diri çəkidə ət, 1777,0 min ton (4,2 faiz çox) süd, 1402,6 milyon ədəd (1,6 faiz az) yumurta, 16,8 min ton (1,4 faiz çox) yun istehsal olunmuşdur.
Bu dövrdə bitkiçilik məhsulları istehsalının 10,8 faiz, heyvandarlıq məhsulları istehsalının 2,5 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil etmişdir.
Gələn ilin məhsulu üçün 993,6 min hektar sahədə şum qaldırılmış, 852,4 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 535,2 min hektar sahəyə buğda, 317,2 min hektar sahəyə isə arpa səpilmişdir. 2015-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 14438,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 8835,3 milyon manatı və ya 61,2 faizi məhsul istehsalı obyektlərinin, 4689,5 milyon manatı (32,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 914,0 milyon manatı (6,3 faizi) isə ümumi sahəsi 1634,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8210,8 milyon manatını və ya 56,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 10570,4 milyon manatı və ya 73,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-noyabr aylarında 203,7 milyon ton yük və 1713,1 milyon sərnişin daşınmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,5 faiz, sərnişin daşınması isə 3,5 faiz artmışdır. Yüklərin 3,0 faizi dəniz, 7,7 faizi dəmir yolu, 61,9 faizi avtomobil, 27,4 faizi isə boru kəməri nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır. Hesabat dövründə nəqliyyat sektorunda 147,6 milyon ton qeyri-neft yükləri daşınmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Ötən on bir ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1495,2 milyon manatlıq xidmətlər göstərmişdir ki, onların da 72,7 faizi əhali sektoruna aid olmuşdur. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2015-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 22434,6 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 6450,6 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 11,1 faiz, pullu xidmətlərin həcmi isə 5,4 faiz artmış, ticarət şəbəkəsində 11185,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11249,4 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17205,9 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 9765,0 milyon dollarını və ya 56,8 faizini ölkədən ixrac olunmuş məhsullar, 7440,9 milyon dollarını (43,2 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 2324,1 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,3 faiz, o cümlədən ixrac 6,0 faiz azalmış, idxal isə 0,3 faiz artmışdır. Ticarət dövriyyəsinin 11,9 faizi MDB üzvü ölkələrinin, 46,8 faizi Avropa İttifaqı ölkələrinin, 41,3 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların həcminin 22,0 faizi MDB üzvü ölkələrinin, 30,5 faizi Avropa İttifaqı ölkələrinin, 47,5 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların 4,2 faizi MDB üzvü ölkələrinə, 59,2 faizi Avropa İttifaqı ölkələrinə, 36,6 faizi isə digər ölkələrə göndərilmişdir.
Yanvar-oktyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 3,7 faiz üstələyərək 1324,9 milyon dollar təşkil etmişdir.
Oktyabr ayı ilə müqayisədə noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşmış, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməmişdir. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz bahalaşmışdır.
2014-cü ilin eyni dövrünə nisbətən cari ilin yanvar-noyabr aylarında ərzaq məhsullarının qiymətləri 5,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,0 faiz bahalaşmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşmışdır.
Yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 462,0 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 5,7 faiz artaraq 36,8 milyard manata çatmışdır. Gəlirlərin 75,7 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,8 faizi əmanətlərin və kapitalın artırılmasına, 3,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 13874,1 milyon manat vəsait daxil olmuş, büdcədən 13925,3 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 51,2 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,1 faizi səviyyəsində olmuşdur. Büdcə xərclərinin 5,4 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,2 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 5,3 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il noyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil etmiş, onun 14,2 milyard manatı uzunmüddətli kreditlər olmuşdur. Kreditlərin həcmi 2014-cü il noyabr ayının 1-i ilə müqayisədə 4,1 faiz artmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,0 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 2015-ci il noyabr ayının 1-nə 7,2 milyard manat təşkil etmişdir.
Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,05 manata (ilin əvvəlindən 1,01 manata), 1 Avroya-1,13 manata (1,12), 100 Rusiya rubluna-1,62 manata (1,69) bərabər olmuşdur.
İlin əvvəlindən əhalinin sayı 94,3 min nəfər və ya 1,0 faiz artaraq 2015-ci il noyabr ayının 1-i vəziyyətinə 9687,3 min nəfərə çatmışdır.
Göstəricilər | 2015-ci ilin yanvar-noyabr ayları faktiki, milyon manat | 2015-ci ilin yanvar-noyabr ayları 2014-сü ilin yanvar-noyabr aylarına nisbətən, faizlə | Məlumat üçün: 2014-cü ilin yanvar-noyabr ayları 2013-сü ilin yanvar-noyabr aylarına nisbətən, faizlə |
Ümumi daxili məhsul | 50 057,5 | 103,1 | 102,2 |
o cümlədən: | |||
qeyri-neft ÜDM | 34 676,8 | 104,0 | 106,5 |
Əhalinin hər nəfərinə düşən ÜDM, manat | 5 255,5 | 101,9 | 100,9 |
Sənaye məhsulu | 24 000,5 | 103,0 | 98,5 |
o cümlədən qeyri-neft sənayesi | 6 883,2 | 107,5 | 106,6 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 14 438,8 | 97,6 | 100,3 |
o cümlədən tikinti-quraşdırma | 10 570,4 | 99,2 | 111,4 |
Kənd təsərrüfatı məhsulu | 5 384,0 | 106,7 | 97,1 |
o cümlədən: bitkiçilik | 2 741,5 | 110,8 | 91,9 |
heyvandarlıq | 2 642,5 | 102,5 | 103,0 |
Nəqliyyat sektorunda yük daşınması, milyon ton | 203,7 | 100,5 | 101,6 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 147,6 | 101,7 | 103,3 |
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin | 1 713,1 | 103,5 | 104,9 |
İnformasiya və rabitə xidmətləri | 1 495,2 | 106,8 | 114,2 |
Pərakəndə ticarət dövriyyəsi | 22 434,6 | 111,1 | 109,5 |
Əhaliyə göstərilən pullu xidmətlər | 6 450,6 | 105,4 | 106,5 |
Dövlət büdcəsinin gəlirləri | 13 874,1 x) | 87,9 xx) | 97,2 xxx) |
Dövlət büdcəsinin xərcləri | 13 925,3 x) | 100,5 xx) | 98,9 xxx) |
Dövlət büdcəsinin kəsiri | 51,2 | - | - |
Əhalinin gəlirləri | 36 770,2 | 105,7 | 104,7 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 3 860,5 | 104,4 | 103,4 |
Əhalinin banklardakı əmanətləri, 2015-ci il 01 noyabr vəziyyətinə | 7 172,9 | 102,4 | 111,1 |
Kredit qoyuluşları, 2015-ci il 01 noyabr vəziyyətinə | 18 566,4 | 104,1 | 119,0 |
o cümlədən vaxtı keçmiş kreditlər | 1 301,9 | 138,0 | 120,5 |
Orta aylıq əmək haqqı, manat | 462,0 x) | 104,6 xx) | 105,5 xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 103,7 | 101,5 |
Əhalinin sayı, min nəfər, 2015-ci il 01 noyabr vəziyyətinə | 9 687,3 | 101,2 | 101,3 |
Statistika məlumatı1): | |||
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ | 21 679,3 x) | 98,5 3) | 95,7 4) |
o cümlədən: ixrac | 14 238,4 x) | 98,1 3) | 100,0 4) |
idxal | 7 440,9 x) | 100,3 3) | 82,6 4) |
Gömrük məlumatı2): | |||
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ | 17 205,9 x) | 95,7 3) | 93,3 4) |
o cümlədən: ixrac | 9 765,0 x) | 94,0 3) | 98,1 4) |
ondan qeyri-neft ixracı | 1 324,9 x) | 103,7 3) | 100,7 4) |
idxal | 7 440,9 x) | 100,3 3) | 82,6 4) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar daxil edilmişdir. 2) İxrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2015-ci ilin yanvar - oktyabr ayları 2014-cü ilin yanvar - oktyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2014-cü ilin yanvar - oktyabr ayları 2013-cü ilin yanvar - oktyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə; x) 2015-ci ilin yanvar - oktyabr ayları; xx) 2015-ci ilin yanvar - oktyabr ayları 2014-cü ilin yanvar - oktyabr aylarına nisbətən; xxx) 2014-cü ilin yanvar - oktyabr ayları 2013-cü ilin yanvar - oktyabr aylarına nisbətən. |