2015-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri haqqında

17.12.2015

Cari ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz artaraq 36,8 milyard manat və ya əhalinin hər nəfərinə orta hesabla 3860,5 manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 75,7 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 3,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 11,8 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 33,3 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox vəsait qalmışdır.

Əlaqə nömrəsi: 538 74 50