Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-noyabr aylarında ümumi daxili məhsul istehsalı haqqında
2015-ci ilin yanvar-noyabr aylarında ölkədə 50,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur.
ÜDM-in 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunmuş, 38,8 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 4,0 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 60,9 faizdən 69,3 faizədək yüksəlmişdir. Ümumi daxili məhsulun 30,7 faizi isə neft sektorunun payına düşmüş, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 1.8 faiz artmışdır.
Əlaqə nömrəsi: 538 74 50