2015-ci ilin dekabr ayında nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında

13.01.2016

2015-ci ilin dekabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 13,5 faiz, qazın nəql olunması qiyməti isə 15,9 faiz bahalaşmışdır. Hava nəqliyyatı üzrə yükdaşıma qiymətləri 17,0 faiz, dəmir yolu və dəniz nəqliyyatı üzrə isə yükdaşıma qiymətləri müvafiq olaraq 15,6 faiz və 18,1 faiz bahalaşmış, avtomobil nəqliyyatı üzrə yükdaşıma qiymətlərində 1,1 faiz ucuzlaşma müşahidə olunmuşdur. Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 12,4 faiz bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72