2015-ci ilin dekabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

13.01.2016

2015-ci ilin dekabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşmışdır. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşmışdır.
Ay ərzində bitkiçilik məhsullarından xurmanın və kələmin istehsalçı qiymətləri ucuzlaşmış, narın, heyvanın, xiyarın, şabalıdın, qozun, fındığın, armudun, almanın, pomidorun, sarımsağın, soğanın, quru otun isə istehsalçı qiymətləri bahalaşmışdır. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Heyvandarlıq məhsullarından südün və yumurtanın istehsalçı qiymətləri bahalaşmış, ev quşlarının, mal və qoyun ətinin isə istehsalçı qiymətləri ucuzlaşmış, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72