Pərakəndə ticarət dövriyyəsi haqqında

13.01.2016

2015-ci ildə istehlakçılara 25,7 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 10,9 faiz çox məhsul satılmışdır. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,1 faiz artaraq 12871,2 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 12,8 faiz artaraq 12849,9 milyon manata bərabər olmuşdur.
Hesabat ilində elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilə nisbətən 1,9 dəfə artaraq 12,8 milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,1 faizi hüquqi şəxslərdən, 8,9 faizi isə fərdi sahibkarlardan alınmışdır. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşmüşdür.

Tel: 538-76-95