Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 162 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunmuş, 145 ölkədən idxal olunmuşdur. Ticarət dövriyyəsinin 9,6 faizi MDB üzvü dövlətləri, 48,5 faizi Avropa İttifaqı ölkələri, 41,9 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
2015-ci ilin on bir ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 23575,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 15379,4 milyon dollar, idxalın həcmi 8196,2 milyon dollar təşkil etmiş, nəticədə 7183,2 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.
2015-ci ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 1461,7 milyon dollar təşkil etmişdir.
Tel: 538-76-95