2015-ci ildə əhalinin gəlirləri haqqında

18.01.2016

2015-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatmışdır. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4380,1 manat və ya ayda 365,0 manat təşkil edərək 4,5 faiz artmışdır.
Bu dövrdə gəlirlərin 72,1 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 15,9 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 milyard manat və ya əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox vəsait qalmışdır.

əlaqə nömrəsi: 538 74 50