2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafinin makroiqtisadi göstəriciləri

19.01.2016

2015-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 54,4 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 33,9 faizi sənayedə, 12,1 faizi tikintidə, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 19,4 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 5703,7 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ildə 26,2 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 61,9 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 2,0 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 5,5 faiz artmış, neft hasilatı isə 0,7 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 2,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,3 faiz, kağız və karton istehsalı 7,5 faiz, poliqrafiya məhsullarının istehsalı 86,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 43,2 faiz, tikinti materiallarının istehsalı 6,3 faiz, hazır metal məhsullarının istehsalı 54,1 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 1,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,6 faiz, mebel istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,7 dəfə artmış, toxuculuq məhsullarının istehsalı 55,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,4 faiz, geyim istehsalı 44,2 faiz, içkilərin istehsalı isə 11,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,8 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,4 faiz artmış, neft sektorunda isə ötən ilin səviyyəsində qalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2016-cı il vəziyyətinə 317,5 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatmışdır. 2015-ci ildə qarğıdalı da daxil olmaqla 2999,0 min ton taxıl, 839,8 min ton kartof, 1273,3 min ton tərəvəz, 35,0 min ton pambıq, 886,3 min ton meyvə və giləmeyvə, 484,5 min ton bostan məhsulları, 157,0 min ton üzüm, 186,1 min ton şəkər çuğunduru, 18,9 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 578,9 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 1538,6 milyon ədəd yumurta və 17,0 min ton yun istehsal olunmuşdur. 2014-cü illə müqayisədə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı 1,4 faiz artmış, yumurta istehsalı isə 1,5 faiz azalmışdır.
İlkin məlumatlara görə 2016-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2708,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1303,1 min baş inək və camış, 8674,8 min baş qoyun və keçi mövcud olmuşdur. 2015-ci il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 11,0 min baş (0,4 faiz), o cümlədən inək və camışların sayı 3,9 min baş (0,3 faiz), qoyun və keçilərin sayı 29,4 min baş (0,3 faiz) artmışdır.
Bu dövrdə bitkiçilik məhsulları istehsalının 11,3 faiz, heyvandarlıq məhsulları istehsalının 2,5 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki illə müqayisədə 6,6 faiz təşkil etmişdir.
2016-cı ilin məhsulu üçün 1044,6 min hektar sahədə şum qaldırılmış, 927,4 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 583 min hektar sahəyə buğda, 344,4 min hektar sahəyə isə arpa səpilmişdir.
2015-ci ildə əsas kapitala 15957,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 9880,6 milyon manatı və ya 61,9 faizi məhsul istehsalı obyektlərinin, 5046,7 milyon manatı (31,6 faizi) xidmət sahələri üzrə obyektlərin, 1029,7 milyon manatı (6,5 faizi) isə ümumi sahəsi 1927,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8936,9 milyon manatını və ya 56,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 11722,9 milyon manatı və ya 73,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən il ərzində 222,4 milyon ton yük və 1891,9 milyon sərnişin daşınmışdır. 2014-cü illə müqayisədə yük daşınması 0,2 faiz, sərnişin daşınması isə 3,5 faiz artmışdır. Yüklərin 3,0 faizi dəniz, 7,7 faizi dəmir yolu, 61,9 faizi avtomobil, 27,4 faizi isə boru kəməri nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 88,1 faizi avtomobil, 11,7 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır. Hesabat dövründə nəqliyyat sektorunda 161,6 milyon ton qeyri-neft yükləri daşınmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
İnformasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1642,8 milyon manatlıq xidmətlər göstərmişdir ki, onların da 72,6 faizi əhali sektoruna aid olmuşdur. 2014-cü illə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,0 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2015-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 25721,1 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 7462,8 milyon manatlıq pullu xidmət göstərilmişdir. Əvvəlki illə müqayisədə əmtəə dövriyyəsi 10,9 faiz, pullu xidmətlərin həcmi isə 5,1 faiz artmış, ticarət şəbəkəsində 12871,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12849,9 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 18815,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 10619,2 milyon dollarını və ya 56,4 faizini ölkədən ixrac olunmuş məhsullar, 8196,2 milyon dollarını (43,6 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 2423,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,1 faiz, o cümlədən ixrac 5,7 faiz azalmış, idxal isə 0,2 faiz artmışdır. Ticarət dövriyyəsinin 12,0 faizi MDB üzvü ölkələrinin, 47,3 faizi Avropa İttifaqı ölkələrinin, 40,7 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların həcminin 21,9 faizi MDB üzvü ölkələrinin, 31,2 faizi Avropa İttifaqı ölkələrinin, 46,9 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların 4,4 faizi MDB üzvü ölkələrinə, 59,7 faizi Avropa İttifaqı ölkələrinə, 35,9 faizi isə digər ölkələrə göndərilmişdir.
2015-ci ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrünün göstəricisini 3,6 faiz üstələyərək 1461,7 milyon dollar təşkil etmişdir.
2015-ci ilin noyabr ayı ilə müqayisədə dekabr ayında ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 7,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 4,4 faiz bahalaşmışdır.
2015-ci ildə əvvəlki ilə nisbətən ərzaq məhsullarının qiymətləri 6,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,2 faiz bahalaşmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 4,0 faiz bahalaşmışdır.
Yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 462,0 manat təşkil etmişdir.
2014-cü illə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatmışdır. Gəlirlərin 72,1 faizi son istehlaka, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 15,9 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 15455,3 milyon manat vəsait daxil olmuş, büdcədən 15469,2 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 13,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0.03 faizi səviyyəsində olmuşdur. Büdcə xərclərinin 5,8 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,6 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 6,1 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il dekabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,7 milyard manat təşkil etmiş, onun 14,1 milyard manatı uzunmüddətli kreditlər olmuşdur. Kreditlərin həcmi 2014-cü il dekabr ayının 1-i ilə müqayisədə 3,3 faiz artmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,6 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2015-ci il dekabr ayının 1-nə 7,1 milyard manat təşkil etmişdir.
Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,23 manata (ilin əvvəlindən 1,03 manata), 1 Avroya-1,34 manata (1,14), 100 Rusiya rubluna-1,76 manata (1,70) bərabər olmuşdur.
İlin əvvəlindən əhalinin sayı103,8 min nəfər və ya 1,1 faiz artaraq 2015-ci il dekabr ayının 1-i vəziyyətinə 9696,8 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2015-ci ildə faktiki, milyon manat 2015-ci il 2014-сü ilə nisbətən, faizlə Məlumat üçün:
2014-cü il 2013-сü ilə nisbətən, faizlə
Ümumi daxili məhsul 54 352,1 101,1 102,8
milyon ABŞ $ 52 969,6 - -
o cümlədən: qeyri-neft ÜDM 37 670,0 101,1 107,0
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 5 703,7 99,9 101,5
ABŞ $ 5 558,7 - -
Sənaye məhsulu 26 156,9 102,4 99,3
o cümlədən qeyri-neft sənayesi 7 660,3 108,4 106,9
Əsas kapitala yönəldilmiş vəsaitlər 15 957,0 88,9 98,3
o cümlədən tikinti-quraşdırma işlərinə 11 722,9 86,6 111,8
Kənd təsərrüfatı məhsulu 5 635,3 106,6 97,4
o cümlədən: bitkiçilik 2 761,1 111,3 91,7
heyvandarlıq 2 874,2 102,5 103,0
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 222,4 100,2 101,9
o cümlədən qeyri-neft yüklərinin daşınması 161,6 101,6 103,4
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 1 891,9 103,5 104,7
İnformasiya və rabitə xidmətləri 1 642,8 106,8 115,1
Pərakəndə ticarət dövriyyəsi 25 721,1 110,9 110,0
Əhaliyə göstərilən pullu xidmətlər 7 462,8 105,1 107,2
Dövlət büdcəsinin gəlirləri 15 455,3x) 90,0xx) 97,1xxx)
Dövlət büdcəsinin xərcləri 15 469,2x) 102,5xx) 94,3xxx)
Dövlət büdcəsinin kəsiri 13,9 - -
Əhalinin gəlirləri 41 738,6 105,7 105,1
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 4 380,1 104,5 103,8
ABŞ $ 4 268,7 - -
Əhalinin banklardakı əmanətləri, 2015-ci il 01 dekabr vəziyyətinə 7 089,5 100,0 110,4
Kredit qoyuluşları, 2015-ci il 01 dekabr vəziyyətinə 18 744,3 103,3 119,1
o cümlədən vaxtı keçmiş kreditlər 1 229,6 125,3 123,5
Orta aylıq əmək haqqı, manat 462,0x) 104,5xx) 105,4 xxx)
ABŞ $ 458,5x) - -
İstehlak qiymətlərinin indeksi x 104,0 101,4
Əhalinin sayı, min nəfər, 2015-ci il 01 dekabr vəziyyətinə 9 696,8 101,2 101,2
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 23 575,x) 99,53) 95,04)
o cümlədən: ixrac 15 379,4x) 99,33) 98,9 4)
idxal 8 196,2x) 100,23) 83,04)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 18 815,4x) 95,93) 93,44)
o cümlədən: ixrac 10 619,2x) 94,33) 98,04)
ondan qeyri-neft ixracı 1 461,7x) 103,63) 98,9 4)
idxal 8 196,2x) 100,23) 83,04)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar daxil edilmişdir.
2) İxrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) )2015-ci ilin yanvar - noyabr ayları 2014-cü ilin yanvar - noyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2014-cü ilin yanvar - noyabr ayları 2013-cü ilin yanvar -noyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2015-ci ilin yanvar - noyabr ayları;
xx) 2015-ci ilin yanvar - noyabr ayları 2014-cü ilin yanvar -noyabr aylarına nisbətən;
xxx) 2014-cü ilin yanvar - noyabr ayları 2013-cü ilin yanvar - noyabr aylarına nisbətən.