2016-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

17.03.2016


2016-cı ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 7888,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının azalması olmuşdur. Əlavə dəyərin 38,1 faizi sənayedə, 13,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 13,6 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında 4308,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Azalmaya səbəb xam neft hasilatının 1,4 faiz, qaz hasilatının 8,3 faiz, elektrik enerjisi istehsalının 6,4 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olmuşdur.
Sənaye məhsulunun 61,7 faizi mədənçıxarma sektorunda, 29,4 faizi emal sektorunda, 8,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 0,8 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 2,0 faiz, tütün məmulatlarının istehsalı 80,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,1 dəfə, geyim istehsalı 23,5 faiz, metallurgiya məhsullarının istehsalı 50,8 faiz, hazır metal məmulatlarının istehsalı 93,7 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 67,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 19,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,5 dəfə artmış, içkilərin istehsalı 18,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 15,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 50,5 faiz, tikinti materiallarının istehsalı 48,5 faiz, elektrik avadanlıqlarının istehsalı 44,3 faiz, maşın və avadanlıqların istehsalı 31,7 faiz, mebel istehsalı isə 3,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,5 faiz artmış, neft sektorunda isə 0,7 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2016-cı il vəziyyətinə 335,5 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında bitkiçilik məhsullarının əkininə başlanmışdır. Mart ayının 1-nə kimi 50,8 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 2,6 min hektar sahədə dənli və dənli paxlalılar, 10,4 min hektar sahədə kartof, 7,5 min hektar sahədə tərəvəz, 0,1 min hektar sahədə şəkər çuğunduru, 30,1 min hektar sahədə çoxillik otlar, 0,1 min hektar sahədə isə sair bitkilər əkilmişdir.
2016-cı ilin yanvar-fevral aylarında diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 milyon ədəd yumurta, 4,2 min ton tərəvəz istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz, tərəvəz istehsalı isə 6,1 faiz artmışdır.
Kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,5 faiz, heyvandarlıq məhsulları istehsalı 2,6 faiz artmışdır.
2016-cı ilin yanvar-fevral aylarında əsas kapitala 1834,9 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 1591,6 milyon manatı və ya 86,7 faizi məhsul istehsalı obyektlərinin, 142,0 milyon manatı (7,8 faizi) xidmət sahələri üzrə obyektlərin, 101,3 milyon manatı (5,5 faizi) isə ümumi sahəsi 269,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 593,8 milyon manatını və ya 32,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 1331,8 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında 31,1 milyon ton yük və 287,8 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 5,3 faiz azalmış, sərnişin daşınması isə 1,4 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur.
Yüklərin 57,9 faizi avtomobil, 32,5 faizi boru kəməri, 6,9 faizi dəmir yolu, 2,7 faizi isə dəniz nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 251,6 milyon manatlıq xidmətlərin 71,5 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 7,7 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 4258,2 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 1145,9 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 4,2 faiz, ödənişli xidmətlərin həcmi 2,3 faiz artmış, ticarət şəbəkəsində 2150,0 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2108,2 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar ayında xarici ticarət dövriyyəsi 1099,9 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 657,1 milyon dollarını və ya 59,7 faizini ölkədən ixrac olunmuş məhsullar, 442,8 milyon dollarını (40,3 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 214,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 25,3 faiz, o cümlədən ixrac 26,3 faiz, idxal isə 23,3 faiz azalmışdır. Ticarət dövriyyəsinin 10,2 faizi MDB üzvü ölkələrinin, 50,4 faizi Avropa İttifaqı ölkələrinin, 39,4 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların 20,0 faizi MDB üzvü ölkələrinin, 32,6 faizi Avropa İttifaqı ölkələrinin, 47,4 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların 3,6 faizi MDB üzvü ölkələrinə, 62,3 faizi Avropa İttifaqı ölkələrinə, 34,1 faizi isə digər ölkələrə göndərilmişdir.
2016-cı ilin yanvar ayında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 47,0 faiz azalaraq 60,7 milyon dollar təşkil etmişdir.
2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz bahalaşmışdır.
2016-cı ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin yanvar ayı ilə müqayisədə 8,0 faiz artaraq 480,1 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 10,2 faiz artaraq 6459,3 milyon manata çatmışdır. Gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 10,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 5,9 faizi isə yığıma yönəldilmışdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar ayında dövlət büdcəsinə 1349,6 milyon manat vəsait daxil olmuş, büdcədən 516,4 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 833,2 milyon manatlıq profisit ümumi daxili məhsulun 20,8 faizi səviyyəsində olmuşdur.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin fevral ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21186,2 milyon manat təşkil etmiş, onun 16165,2 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il fevral ayının 1-i ilə müqayisədə 14,0 faiz artmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,2 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il fevral ayının 1-nə 8643,3 milyon manat təşkil etmişdir.
Fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,57 manata (ilin əvvəlindən 1,58 manata), 1 Avroya - 1,75 manata (1,73), 100 Rusiya rubluna - 2,04 manata (2,05) bərabər olmuşdur.
2016-ci ilin yanvar ayında əhalinin sayı 7,9 min nəfər və ya 0,1 faiz artaraq 2016-cı il fevral ayının 1-i vəziyyətinə 9713,5 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2016-cı ilin yanvar-fevral ayları, faktiki, milyon manat 2016-cı ilin yanvar-fevral ayları 2015-сi ilin yanvar-fevral aylarına nisbətən, faizlə Məlumat üçün:
2015-ci ilin yanvar-fevral ayları 2014-сü ilin yanvar-fevral aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul, milyon manat 7 888,7 96,8 104,2
o cümlədən qeyri-neft ÜDM 5 268,7 94,5 105,1
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 822,3 95,7 102,9
Sənaye məhsulu, milyon manat 4 308,9 99,9 102,3
o cümlədən qeyri-neft sənayesi 1 280,2 104,5 95,9
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat 1 834,9 68,9 100,5
o cümlədən tikinti-quraşdırma işlərinə 1 331,8 67,6 113,6
Kənd təsərrüfatı məhsulu, milyon manat 437,9 102,6 103,1
o cümlədən: bitkiçilik 7,3 104,5 103,5
heyvandarlıq 430,6 102,6 103,1
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 31,1 94,7 103,8
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 287,8 101,4 104,1
İnformasiya və rabitə xidmətləri, milyon manat 251,6 107,7 110,0
Pərakəndə ticarət dövriyyəsi, milyon manat 4 258,2 104,2 108,5
Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat 1 145,9 102,3 105,1
Dövlət büdcəsinin gəlirləri, milyon manat 1 349,6x) 80,1xx) 96,2xxx)
Dövlət büdcəsinin xərcləri milyon manat  516,4x) 40,9xx) 73,2xxx)
Dövlət büdcəsinin profisiti, milyon manat 833,2x) - -
Əhalinin gəlirləri, milyon manat 6 459,3 110,2 105,0
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 673,3 109,0 103,7
Əhalinin banklardakı əmanətləri,2016-cı il 01 fevral vəziyyətinə, milyon manat 8 643,3 121,4 110,4
Kredit qoyuluşları, 2016-cı il 01 fevral vəziyyətinə, milyon manat 21 186,2 114,0 119,6
o cümlədən vaxtı keçmiş kreditlər 1 314,6 127,5 126,5
Orta aylıq əmək haqqı, manat 480,1x) 108,0xx) 104,3xxx)
İstehlak qiymətlərinin indeksi x 111,7 102,0
Əhalinin sayı, 2016-cı il 01 fevral vəziyyətinə, min nəfər 9 713,5 101,2 100,1
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 1 314,7x) 86,13) 108,34)
o cümlədən: ixrac 871,9x) 89,93) 108,64)
idxal 442,8x) 76,73) 106,44)
Gömrük məlumatı2)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 1 099,9x) 74,73) 134,44)
o cümlədən: ixrac 657,1x) 73,73) 142,44)
ondan qeyri-neft ixracı 60,7x) 53,03) 115,84)
idxal 442,8x) 76,73) 106,44)
Qeyd:
x) 2016-cı ilin yanvar ayı.
xx) 2016-cı ilin yanvar ayı 2015-ci ilin yanvar ayına nisbətən.
xxx) 2015-ci ilin yanvar ayı 2014-cü ilin yanvar ayına nisbətən.
1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla.
2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla.
3) 2016-cı ilin yanvar ayı 2015-ci ilin yanvar ayına nisbətən, müqayisəli qiymətlərlə.
4) 2015-ci ilin yanvar ayı 2014-cü ilin yanvar ayına nisbətən, müqayisəli qiymətlərlə.