İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında

18.03.2016

2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin eyni dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının 15,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,0 faiz bahalaşmışdır.
2016-cı ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmışdır. Ay ərzində düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının, şəkərin, duzun, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, sarımsağın, spirtli içkilərin qiymətlərində bahalaşma, unun, çörəyin, mal, qoyun və toyuq ətinin, yumurtanın, bananın, kələmin, göyərtinin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, kartofun, soğanın, tütün məmulatlarının qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. Fevral ayında yanvar ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, məişət cihazlarının, televizorların, elektrik plitə, ütü və çaydanların, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşmış, dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, avtomobillərin, məişət cihazlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri, mehmanxana xidmətlərinin qiymətləri isə bahalaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72