Sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

18.03.2016

2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 11,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 12,0 faiz, emal sənayesi üzrə 6,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməmişdir.
2016-cı ilin fevral ayında yanvar ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,5 faiz, emal sənayesi üzrə 2,7 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə dəyişiklik baş verməmişdir. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,4 faiz, metal filizlərinin hasilatı üzrə 49,7 faiz bahalaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,9 faiz ucuzlaşmışdır. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 40,0 faiz, içki istehsalı üzrə 18,0 faiz, kompyuter və digər elektron avadanlıqlarının istehsalı üzrə 8,5 faiz, qida məhsullarının istehsalı üzrə 7,7 faiz, metallurgiya sənayesi üzrə 7,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 3,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,9 faiz, toxuculuq sənayesi üzrə 2,6 faiz, poliqrafiya fəaliyyəti üzrə 2,2 faiz, kimya sənayesi üzrə 1,6 faiz, tikinti materiallarının istehsalı üzrə 1,4 faiz, geyim istehsalı üzrə 1,0 faiz, ağac emalı, ağacdan məmulatların istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, neft məhsullarının istehsalı üzrə 0,2 faiz bahalaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72