Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı
Cari ilin yanvar-fevral aylarında ölkədə 7888,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manata (521,4 ABŞ dolları) bərabər olmuşdur.
Bu dövrdə ümumi daxili məhsulun 38,1 faizi sənayedə, 13,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,7 faizi tikintidə, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə sahələrində, 13,6 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 10,6 faizini təşkil etmişdir.
ÜDM istehsalının 66,8 faizi qeyri-neft sahələrinin payına düşmüşdür.
Əlaqə nömrəsi: 5387450