2016-cı ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında

13.04.2016

2016-cı ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 7826,4 min ton, yük dövriyyəsi isə 1509,4 milyon ton-km olmuşdur. Yüklərin 5040,9 min tonu və ya 64,4 faizi avtomobil nəqliyyatı, 2063,2 min tonu və ya 26,4 faizi dəmir yolu nəqliyyatı, 722,3 min tonu və ya 9,2 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 13,8 faiz azalmışdır. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 26,8 faiz və 46,5 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 15,0 faizini və ya 1172,7 min tonunu tranzit yüklər təşkil etmişdir.
2016-cı ilin yanvar-fevral aylarında dəhliz vasitəsilə 54,9 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 1114,4 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,1 faiz artmışdır.

Əlaqə telefonu: 538-93-98