Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 9,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 9,4 faiz, emal sənayesi üzrə 8,4 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməmişdir.
2016-cı ilin mart ayında fevral ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 18,2 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 21,4 faiz, emal sənayesi üzrə 5,7 faiz bahalaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməmişdir. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 21,6 faiz, metal filizlərinin hasilatı üzrə 5,6 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz bahalaşmışdır. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 12,9 faiz, kimya sənayesi üzrə 8,5 faiz, qida məhsullarının istehsalı üzrə 7,8 faiz, neft məhsullarının istehsalı üzrə 6,7 faiz, metallurgiya sənayesi üzrə 6,3 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 4,8 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı və tikinti materiallarının istehsalı üzrə 4,6 faiz, içki istehsalı üzrə 3,6 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,5 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,3 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,2 faiz bahalaşmış, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Tel: 538-52-72