2016-cı ilin yanvar-mart aylarında yeni yaradılmış müəssisə və təşkilatlar (onların nümayəndəlik və filialları) və fərdi sahibkarlıqla məşğul olmaq üçün qeydiyyatdan keçmiş fiziki şəxslər haqqında

20.04.2016

2016-cı ilin yanvar-mart aylarında ölkədə 2045 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılmış və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artmışdır. Yeni müəssisə və təşkilatların 61,3 faizi Bakıda, 11,8 faizi Aran, 7,7 faizi Abşeron, 5,3 faizi Quba-Xaçmaz, 5,0 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Bundan əlavə, 2016-cı ilin yanvar-mart aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 26437 fiziki şəxs qeydiyyatdan keçmiş və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 44,6 faiz artmışdır. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışdır.