2016-cı ilin yanvar-mart aylarında əhalinin gəlirləri

20.04.2016

2016-cı ilin birinci rübündə ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9,0 faiz artaraq 10303,5 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 1073,5 manat və ya ayda orta hesabla 357,8 manat təşkil etmişdir.
Gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 7,0 faizi isə yığıma yönəldilmişdir. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 9304,1 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 969,4 manat vəsait qalmışdır.

Əlaqə nömrəsi: 5387450