Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-aprel aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-aprel aylarında 9,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Azalmaya səbəb xam neft hasilatının 1,8 faiz, qaz hasilatının 9,8 faiz, elektrik enerjisi istehsalının 7,6 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının aşağı düşməsi olmuşdur.
Sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda, 28,6 faizi emal sektorunda, 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,3 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, içkilərin istehsalı 8,2 faiz, tütün məmulatlarının istehsalı 52,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,5 dəfə, hazır metal məmulatlarının istehsalı 36,5 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 7,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artmış, geyim istehsalı 19,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 72,9 faiz, kağız və karton istehsalı 14,9 faiz, poliqrafiya məhsullarının istehsalı 6,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4 faiz, tikinti materiallarının istehsalı 28,6 faiz, maşın və avadanlıqların istehsalı 20,5 faiz, mebel istehsalı isə 14,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,6 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,2 faiz artmış, neft sektorunda isə 1,7 faiz azalmışdır.
Tel. 539-87-17