Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları haqqında
2016-cı ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15707,4 min ton, yük dövriyyəsi isə 3044,8 milyon ton-km olmuşdur. Yüklərin 10090,7 min tonu və ya 64,2 faizi avtomobil nəqliyyatı, 4233,2 min tonu və ya 27,0 faizi dəmir yolu nəqliyyatı, 1383,5 min tonu və ya 8,8 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 12,3 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,6 faiz və 43,9 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,4 faizini və ya 2261,9 min tonunu tranzit yüklər təşkil etmişdir.
2016-cı ilin yanvar-aprel aylarında dəhliz vasitəsilə 109,7 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 2211,9 milyon sərnişin-km olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,1 faiz artmışdır.
Əlaqə telefonu: 538-93-98