Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında
2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 36,6 faiz bahalaşmışdır.
Cari ilin may ayında isə aprel ayına nisbətən yükdaşıma qiymətləri 0,6 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 0,1 və 1,1 faiz, ölkələrarası yükdaşıma qiymətləri hava və dəmir yolu nəqliyyatında 1,1 faiz, dəniz nəqliyyatında 0,9 faiz, avtomobil nəqliyyatında 0,4 faiz ucuzlaşmış, ölkədaxili yükdaşıma qiymətləri sabit qalmışdır.