Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2016-cı ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 21512,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olmuşdur. Əlavə dəyərin 39,8 faizi sənayedə, 12,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-may aylarında 12,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilmişdir. Azalmaya səbəb xam neft hasilatının 0,7 faiz, qaz hasilatının 9,9 faiz, elektrik enerjisi istehsalının 6,8 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olmuşdur.
Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 28,6 faizi emal sektorunda, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 0,3 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,0 faiz, içkilərin istehsalı 6,2 faiz, tütün məmulatlarının istehsalı 33,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, geyim istehsalı 0,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 17,0 faiz, hazır metal məmulatlarının istehsalı 18,6 faiz, elektrik avadanlıqlarının istehsalı 54,8 faiz, kompyuter və elektron məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 73,6 faiz, kağız və karton istehsalı 6,0 faiz, poliqrafiya məhsullarının istehsalı 7,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,6 faiz, tikinti materiallarının istehsalı 26,2 faiz, metallurgiya məhsullarının istehsalı 9,4 faiz, maşın və avadanlıqların istehsalı 29,3 faiz, mebel istehsalı isə 8,3 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,5 faiz artmış, neft sektorunda isə 0,8 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2016-cı il vəziyyətinə 347,8 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında yaz-tarla işləri başa çatmaq üzrədir. İyun ayının 1-nə kimi 359,6 min hektar sahədə yazlıq bitkilərin əkini aparılmış, o cümlədən 23,2 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 35,4 min hektar sahədə qarğıdalı (ondan 34,4 min hektarı dən üçün), 60,8 min hektar sahədə kartof, 71,2 min hektar sahədə tərəvəz, 25,1 min hektar sahədə bostan bitkiləri, 50,9 min hektar sahədə pambıq, 6,8 min hektar sahədə şəkər çuğunduru, 7,5 min hektar sahədə dən üçün günəbaxan, 2,1 min hektar sahədə tütün, 72,1 min hektar sahədə çoxillik otlar, 2,2 min hektar sahədə birillik otlar, 165 hektar sahədə yemlik kökümeyvəlilər və 2,1 min hektar sahədə sair bitkilər əkilmişdir.
Yaz-tarla işləri ilə yanaşı artıq kənd təsərrüfatı məhsullarının kütləvi yığımına başlanılmışdır. Belə ki, havaların əlverişli keçməsi ilə əlaqədar olaraq cari ildə taxıl biçininə bir qədər tez başlanılmışdır. İyun ayının 1-nə kimi tarlalardan 78,0 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 66,4 min ton çox dənli və dənli paxlalı bitkilər (qarğıdalısız) yığılmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,7 dəfə çoxdur. Həmçinin 55,6 min ton (1,1 min ton az) kartof, 100,6 min ton (13,8 min ton çox) tərəvəz, 11,3 min ton (1,6 min ton çox) meyvə və giləmeyvə, 404,3 ton (152,5 ton çox) yaşıl çay yarpağı yığılmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 2,7 faiz artaraq 183,6 min ton, süd istehsalı 3,5 faiz artaraq 813,8 min ton, yumurta istehsalı 5,4 faiz artaraq 694,6 milyon ədəd, yun istehsalı isə 1,7 faiz artaraq 13,1 min ton olmuşdur.
2015-ci ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 24,0 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,3 faiz artmışdır.
2016-cı ilin yanvar-may aylarında əsas kapitala 5388,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 4591,1 milyon manatı və ya 85,2 faizi məhsul istehsalı obyektlərinin, 601,5 milyon manatı (11,2 faizi) xidmət sahələri üzrə obyektlərin, 196,2 milyon manatı (3,6 faizi) isə ümumi sahəsi 554,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1933,7 milyon manatını və ya 35,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 3725,8 milyon manatı və ya 69,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-may aylarında 85,6 milyon ton yük və 749,2 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,0 faiz azalmış, sərnişin daşınması isə 1,8 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur.
Yüklərin 61,8 faizi avtomobil, 28,9 faizi boru kəməri, 6,7 faizi dəmir yolu, 2,5 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 87,6 faizi avtomobil, 12,2 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır.
İnformasiya və rabitəmüəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 644,4 milyon manatlıq xidmətlərin 71,9 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 11,1 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 10999,2 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 2768,1 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,4 faiz artmış, ticarət şəbəkəsində 5479,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5519,8 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 5044,0 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 2449,8 milyon dollarını və ya 48,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 2594,2 milyon dollarını (51,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 144,4 milyon dollar məbləğində mənfi saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 20,4 faiz, o cümlədən ixrac 17,6 faiz, idxal isə 24,0 faiz azalmışdır. Ticarət dövriyyəsinin 40,9 faizi Avropa İttifaqı ölkələrinin, 13,6 faizi MDB üzvü ölkələrinin, 45,5 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların 28,0 faizi Avropa İttifaqı ölkələrinin, 20,2 faizi MDB üzvü ölkələrinin, 51,8 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların 54,6 faizi Avropa İttifaqı ölkələrinə, 6,7 faizi MDB üzvü ölkələrinə, 38,7 faizi isə digər ölkələrə göndərilmişdir.
2016-cı ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 39,5 faiz azalaraq 334,7 milyon dollar təşkil etmişdir. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı 74,9 faiz artmışdır.
2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,4 faiz artmışdır.
2016-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 487,5 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,3 faiz artaraq 17511,6 milyon manata çatmışdır. Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,3 faizi isə yığıma yönəldilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-may aylarında dövlət büdcəsinə 5453,9 milyon manat vəsait daxil olmuş, büdcədən 5316,1 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 137,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6 faizi səviyyəsində olmuşdur.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin may ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18758,7 milyon manat təşkil etmiş, onun 14555,5 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il may ayının 1-i ilə müqayisədə 8,9 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,4 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il may ayının 1-nə 7685,0 milyon manat təşkil etmişdir.
May ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,50 manata (ilin əvvəlindən 1,55 manata), 1 Avroya – 1,70 manata (1,73), 100 Rusiya rubluna – 2,28 manata (2,19) bərabər olmuşdur.
2016-cı ilin yanvar-aprel aylarında əhalinin sayı 33,6 min nəfər və ya cari ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq 2016-cı il may ayının 1-i vəziyyətinə 9739,2 min nəfərə çatmışdır.
Göstəricilər | 2016-cı ilin yanvar-may ayları, faktiki, milyon manat | 2016-cı ilin yanvar-may ayları 2015-сi ilin yanvar-may aylarına nisbətən, faizlə | Məlumat üçün: 2015-ci ilin yanvar-may ayları 2014-сü ilin yanvar-may aylarına nisbətən, faizlə |
Ümumi daxili məhsul, milyon manat | 21 512,8 | 95,8 | 105,3 |
o cümlədən qeyri-neft ÜDM | 13 806,4 | 93,0 | 107,6 |
Əhalinin hər nəfərinə düşən ÜDM, manat | 2 239,4 | 94,6 | 104,0 |
Sənaye məhsulu, milyon manat | 12 075,0 | 99,7 | 103,7 |
o cümlədən qeyri-neft sənayesi | 3 270,3 | 103,5 | 112,4 |
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat | 5 388,8 | 66,9 | 103,7 |
o cümlədən tikinti-quraşdırma işlərinə | 3 725,8 | 63,0 | 112,0 |
Kənd təsərrüfatı məhsulu, milyon manat | 1 341,7 | 105,8 | 104,1 |
o cümlədən: bitkiçilik | 154,1 | 124,0 | 112,2 |
heyvandarlıq | 1 187,6 | 103,3 | 103,3 |
Nəqliyyat sektorunda yük daşınması, milyon ton | 85,6 | 97,0 | 101,3 |
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin | 749,2 | 101,8 | 103,7 |
İnformasiya və rabitə xidmətləri, milyon manat | 644,4 | 111,1 | 110,6 |
Pərakəndə ticarət dövriyyəsi, milyon manat | 10 999,2 | 101,9 | 109,7 |
Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat | 2 768,1 | 101,4 | 105,5 |
Dövlət büdcəsinin gəlirləri, milyon manat | 5 453,9 | 84,9 | 80,1 |
Dövlət büdcəsinin xərcləri milyon manat | 5 316,1 | 72,5 | 99,5 |
Dövlət büdcəsinin profisiti,milyon manat | 137,8 | - | - |
Əhalinin gəlirləri, milyon manat | 17 511,6 | 108,3 | 105,8 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 1 822,9 | 107,0 | 104,5 |
Əhalinin banklardakı əmanətləri, 2016-cı il 01 may vəziyyətinə, milyon manat | 7 685,0 | 99,6 | 117,5 |
Kredit qoyuluşları, 2016-cı il 01 may vəziyyətinə, milyon manat | 18 758,7 | 91,1 | 126,8 |
o cümlədən vaxtı keçmiş kreditlər | 1 381,3 | 109,9 | 140,3 |
Orta aylıq əmək haqqı, manat | 487,5x) | 107,8xx) | 103,6xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 110,4 | 103,4 |
Əhalinin sayı, 2016-cı il 01 may vəziyyətinə, min nəfər | 9 739,2 | 101,2 | 101,2 |
Statistika məlumatı 1) | |||
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ | 6 453,9x) | 86,6xx) | 108,7xxx) |
o cümlədən: ixrac | 3 859,7x) | 92,6xx) | 104,9xxx) |
idxal | 2 594,2x) | 76,0xx) | 123,5xxx) |
Gömrük məlumatı 2) | |||
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ | 5 044,0x) | 79,6xx) | 115,5xxx) |
o cümlədən: ixrac | 2 449,8x) | 82,4xx) | 112,4xxx) |
ondan qeyri-neft ixracı | 334,7x) | 60,5xx) | 134,8xxx) |
idxal | 2 594,2x) | 76,0xx) | 123,5xxx) |
Qeyd:
x) 2016-cı ilin yanvar-aprel ayları. xx) 2016-cı ilin yanvar- aprel ayları 2015-ci ilin yanvar- aprel aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə faktiki, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə). xxx)2015-ci ilin yanvar- aprel ayları 2014-cü ilin yanvar- aprel aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə faktiki, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə). 1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla. 2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla. |