Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-may aylarında əhalinin gəlirləri
2016-cı ilin yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3 faiz artaraq 17511,6 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 1822,9 manat və ya ayda orta hesabla 364,6 manat təşkil etmişdir.
Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,3 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15846,9 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 1649,6 manat vəsait qalmışdır.
Əlaqə nömrəsi: 5387450