Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət qulluqçularının sayı və onların əmək haqqı barədə
2016-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olmuş və onların 29,2 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 3,9 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 75,4 faizi 4-7-ci təsnifatları üzrə və 20,7 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.
Dövlət qulluqçularının 7,3 faizi 1 ilə qədər, 27,9 faizi 1 ildən 5 ilə qədər, 21,6 faizi 5 ildən 10 ilə qədər, 16,3 faizi 10 ildən 15 ilə qədər, 26,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,9 faiz, 30-34 yaşda 15,0 faiz, 35-44 yaşda 21,8 faiz, 45-54 yaşda 24,3 faiz, 55-62 yaşda 17,5 faiz, 63-64 yaşda 2,3 faiz, 65 və yuxarı yaşda 1,2 faiz.
Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 11,2 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,6 faizini baş məsləhətçilər, 4,8 faizini böyük məsləhətçilər, 12,5 faizini aparıcı məsləhətçilər və 20,4 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,7 faiz komplektləşdirilmişdir.
Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2015-ci ildə 611,9 manat təşkil etmişdir.
Tel: 538-86-68