Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində Statistik Analiz Sisteminin təliminə başlanılıb
İyulun 11-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Statistik Analiz Sistemi (SAS) proqram - paketinin öyrənilməsi təliminə başlanılıb. Təlim Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə keçirilir. Tədbirdə Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin təmsilçiləri, Türkiyə Statistika Qurumunun Əhali və Miqrasiya Qrupunun rəhbəri, Dövlət Statistika Komitəsi Aparatının Əhali və Sosial statistika şöbələri, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin nümayəndələri iştirak edirlər. Təlim kursunun keçirilməsində əsas məqsəq əhalinin təbii və mexaniki hərəkəti ilə bağlı məlumat bazasından əhali statistikasına dair yekun statistik məlumatların SAS proqram - paketi vasitəsi ilə əldə olunmasının öyrənilməsidir. Təlimdə proqram-paketin üstünlükləri diqqətə çatdırılıb və bu sahədə Türkiyə Statistika Qurumunun Əhali və Miqrasiya Qrupunun təcrübəsindən söhbət açılıb. 5 gün davam edəcək SAS proqram - paketinin öyrənilməsi təlimi iyulun 15-də başa çatacaq.