Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

11.07.2016

2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 19,4 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz bahalaşmışdır.
2016-cı ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 0,8 və 0,1 faiz ucuzlaşmışdır. Ay ərzində bitkiçilik məhsullarından lobyanın, kələmin, xiyarın, badımcanın, pomidorun, kartofun, alçanın və gilasın istehsalçı qiymətlərində ucuzlaşma, çiyələyin istehsalçı qiymətində isə bahalaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
İyun ayında heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşmış, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Tel: 538-52-72