Nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında

11.07.2016

2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,7 faiz bahalaşmışdır.
Cari ilin iyun ayında isə may ayına nisbətən yükdaşıma qiymətləri 0,4 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 0,2 və 0,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 0,7 faiz, dəniz nəqliyyatında 0,6 faiz, avtomobil nəqliyyatında 0,2 faiz bahalaşmış, ölkədaxili yükdaşıma qiymətləri sabit qalmışdır.

Tel: 538-52-72