Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2016-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 95 ölkəyə məhsul ixrac olunmuş, 145 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8367,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 5036,1 milyon dollar, idxalın dəyəri 3331,4 milyon dollar təşkil etmiş, nəticədə 1704,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Ticarət dövriyyəsinin 41,8 faizi Avropa İttifaqı ölkələri, 12,2 faizi MDB üzvü dövlətləri, 46,0 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.
əlaqə telefonu: 538-77-25