2016-cı ilin yanvar-iyun aylarında Ümumi Daxili Məhsul istehsalı

19.07.2016

2016-cı ilin birinci yarısında ölkədə 27002,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın 33,6 faiz azalması olmuşdur.
Eyni zamanda informasiya və rabitə sahələrində əlavə dəyər 13,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,1 faiz, emal sənayesində 2,5 faiz, mədənçıxarma sənayesində 2,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 1,9 faiz artmışdır.
Cari ilin altı ayında istehsal olunmuş ümumi daxili məhsulun 34,8 faizi neft-qaz sektorunun, 65,2 faizi isə iqtisadiyyatın qeyri-neft sahələrinin payına düşmüşdür.
Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 2809,7 manata bərabər olmuşdur.

Əlaqə nömrəsi: 5387450