Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-iyul aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-iyul aylarında 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 65,1 faizi mədənçıxarma sektorunda, 28,6 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 0,9 faiz, o cümlədən neft hasilatı 0,7 faiz artmış, əmtəəlik qaz hasilatı isə 8,0 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, tütün məmulatlarının istehsalı 10,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,8 dəfə, geyim istehsalı 9,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 28,5 faiz, kağız və karton istehsalı 1,7 faiz, poliqrafiya məhsullarının istehsalı 3,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 faiz, hazır metal məmulatlarının istehsalı 17,4 faiz, kompyuter və elektron məhsullarının istehsalı 10,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 26,8 faiz, mebel istehsalı 4,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 73,0 faiz artmış, içkilərin istehsalı 12,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 75,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,6 faiz, tikinti materiallarının istehsalı 21,3 faiz, maşın və avadanlıqların istehsalı isə 10,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,6 faiz, neft sektorunda isə 0,7 faiz artmışdır.
Əlaqə telefonu: 539-87-17